Xidmətlərimiz
Bütün xidmətlərə baxBeynəlxalq sertifikatlar və lisenziyalar
Şirkətimiz beynəlxalq və respublikada qəbul edilmiş standartlara uyğun texnika, avadanlıq və laboratoriya ləvazimatları ilə təchiz olunmuşdur. Eyni zamanda təqdim etdiyimiz xidmətlər müvafiq sertifikatlar və lisenziyalarla təsdiqlənmişdir.
Uzunmüddətli təcrübə
Şirkətimizin uzunmüddətli təcrübəsi, sahə üzrə dərin bilik və peşəkarlıq qazanmasına əsaslanır. Bu təcrübə bizə mürəkkəb layihələləri asanlıqla həll etməyə və müştərilərimizə yüksək səviyyəli xidmətlər təqdim etməyə imkan verir.
Peşəkar heyət
Şirkətimiz geoloji məsələlərin yerinə yetirilməsi məqsədilə yüksək ixtisaslı mütəxəssislərdən ibarət işçi heyəti ilə fəaliyyət göstərir. Bu heyət 2 elmlər doktoru, 2 elmlər namizədi və 20-yə qədər peşəkar işçidən təşkil olunmuşdur.
Böyük referans siyahısı
Şirkətimiz həyata keçirdiyi uğurlu layihələr və əməkdaşlıqlar əsasında geniş və nüfuzlu bir referans siyahısına malikdir. Referanslarımız şirkətimizin etibarlılığı və peşəkar yanaşmasını nümayiş etdirən önəmli göstəricidir.
"Qrunt GEO Ltd." şirkəti geoloji məsələləri yerinə yetirmək üçün beynəlxalq və respublikada qəbul edilmiş standartlara cavab verən lazımi texnika, avadanlıq və laboratoriya ləvazimatları ilə təchiz olunmuşdur. Bu sahədə sizinlə əməkdaşlıq etməyə hazırıq!
Rəhbər: Elşad Əsgərov
Lisenziya və Sertifikatlarımız
Şirkətimiz mühəndis-axtarış, hidrogeoloji, geofiziki, geoekoloji, tikinti-quraşdırma və digər geoloji tədqiqatlar sahəsində müvafiq lisenziyalara malikdir.
Texniki qurğu və avadanlıqlarımız
Şirkətin texniki qurğu və avadanlıqları:
- ГАЗ-66 avtomaşınına quraşdırılmış УГБ-1BC markalı qazma qurğusu
- КАМАЗ avtomaşınına quraşdırılmış УРБ-2,5A markalı qazma qurğusu
- МАЗ avtomaşınına quraşdırılmış УРБ-3AM markalı qazma qurğusu
- МАЗ-500 avtomaşınına quraşdırılmış 1BA-15H qazma qurğusu
- Daşıma üçün yük və personalın aparılması üçün minik avtomobilləri
- Geofiziki və topoqrafik qurğu və avadanlıqlar
- Kompleks labaratoriya avadanlığı
- PASI 16S24-U seysmoloji tədqiqat aparatı və komputer proqram təminatı
- №:1063 Type: 100B STD tipli Menard Pressuremeter cihazı
- MEMS (Mikro-Elektro-Mexaniki Sistem) rəqəmsal inklinometr sistemi
Tərəfdaşlar














